Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 07:24
"Ermənistan sülh istəmir. O, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.
Səfir qeyd edib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınma və hörməti əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olub və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan edib.
Eyni zamanda iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərib:
"Müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha əmin olmuşdur ki, Ermənistan sülh istəmir, o, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir və üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl atır, silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxartmır, əraziləri yenidən minalayır və bununla da regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır",- deyə Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri vurğulayıb.