Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin keçmiş futbolçusu baş məşqçi təyin edildi

“Neftçi”nin keçmiş futbolçusu baş məşqçi təyin edildi

Tarix: 9 Noyabr 2022 22:16

Gürcüstanın "Sioni" komandasının yeni baş məşqçisi məlum olub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, Bolnisi təmsilçisi Giorgi Çelidze ilə anlaşıb. 

Uça Sosiaşvili ilə yollarını ayıran "Sioni" mövsümün sonuna qədər "sükan"ı Çelidzeyə tapşırıb.
 
36 yaşlı veteran futbolçu 2008-ci ildə "Dinamo"dan (Batumi) ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Amma o, Bakı klubunda uğurlu olmadığına görə, sonradan "Olimpi"(Rustavi) klubu ilə anlaşmışdı.
 
"Sioni" Gürcüstan çempionatında 33 turdan sonra 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.


Etiketlər:  Neftçinin keçmiş futbolçusu baş məşqçi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ