Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada qaçqınların sayı ən yüksək həddə çatıb

Dünyada qaçqınların sayı ən yüksək həddə çatıb

Tarix: 10 Noyabr 2022 08:44

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya müharibəsindən sonra ən böyük rəqəmdir.

Bu barədə çərşənbə günü Tokioda keçirilən mətbuat konfransında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.

"İndi təşkilatımızın tarixində ən dramatik dövrlərdən biridir. Dünyada qaçqın və məcburi köçkünlərin ümumi sayı artıq 103 milyon nəfərə çatıb. Bu, İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir. İnsanlar müharibələrdən, zorakılıq və hüquqlarının pozulmasından qaçır. Həmçinin bu prosesə iqlim dəyişikliyi və digər faktorlar da təsir edir", - deyə o bildirib.

BMT rəsmisinin sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.


Etiketlər:  Dünyada qaçqınların sayı yüksək həddə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ