Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazpəri İlhamə Quliyeva ilə qalmaqalından danışdı

Nazpəri İlhamə Quliyeva ilə qalmaqalından danışdı

Tarix: 10 Noyabr 2022 11:40

"O, (Xalq artisti İlhamə Quliyeva - red.)  məndən əvvəl böyük sənət adamı olub. Neçə illər efirdə idi, Allah rəhmət etsin, gərək mənimlə münaqişə etməzdi. Bu şeylər olmayaydı".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Səhərin səsi" proqramında deyib. O, mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb. 

Dostəliyeva Quliyevanın onu məhkəməyə verməsini yanlış addım adlandırıb:

"Şəxsən mən o xanımın yerinə olsaydım, belə şeylər etməzdim. Çünki o sözünü demiş sənətkardır. Mən dünənki gənc idim. Onun mənimlə münaqişə etməsi doğru deyildi. Onun yerində olsaydım, özümü Nazpəriyə rəqib görməzdim. Çünki mən 30-40 il bu sənətdə öz sözümü demişəmsə, yeni çıxan gənc müğənnini heç zaman özümə rəqib bilməzdim. Bu sənətdə aqressiya yox, paxıllıq var".

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. Nazpəri qarşı tərəfə 25 min manat təzminat ödəmişdi.


Etiketlər:  Nazpəri İlhamə Quliyeva ilə qalmaqalından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ