Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 14:58
"Güney Azərbaycandan olan soydaşlarımızın gəlib burada təhsil almasına dövlət büdcəsindən 5-10 milyon manat vəsait ayrılması çox yaxşı olardı. Bu, strateji məsələdir".
Sonxeber.net xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.