Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 14:54
Bakı. Trend:
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 36 yaşlı Qribov Viktor Aleksandroviç şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilmiş 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Q.V. Aleksandroviç barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin