Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 09:34
Rusiya Xersonu itirdikdən sonra rus dünyasının ideoloqu Aleksandr Duqin Vladimir Putini ideologiyaya qurban verməyə eyham vurmağa başlayıb. Putin öz əlləri ilə özünü çox çətin vəziyyətə salıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu siyasi strateq Mixail Şeytelman deyib.
"Rus dünyasının əsas ideoloqu bildirib ki, əgər yağışı idarə edən öz missiyasını yerinə yetirmirsə və yağış yağdırmırsa, o zaman qurban kəsilməlidir", - Şeytelman qeyd edib.
O, Putinin hazırda çox şey vəd etdiyini söyləyib: "Hər kəsə hər şeyi söz verdi. Daim artım üçün oynadı. Üç günə Kiyevi ala bilməyəndə başqa vədlər verdi..."
Şeytelmanın sözlərinə görə, Putin öz ətrafına G20 sammitində hər şeyi hamı ilə razılaşdıracağını vəd edib, lakin sonda sammitə getməyə belə hazırlaşmır:
"İndi nə vəd etməlidir? Kimə? O öz dəstəsi ilə necə danışmalıdır? Hazırda Rusiyada baş verənlər budur".