Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 18:46
Beyrut hava limanında yerli siyasətçi Paula Yakubyanın uçduğu Livanın milli aviaşirkəti "Middle East Airlines"a məxsus təyyarə naməlum şəxslərin atdığı güllə ilə vurulub.
Sonxeber.net bildirir ki, hadisə barədə "Aljadeed" məlumat yayıb.
Yakubyan Twitter-də güllənin təyyarənin gövdəsini deşdiyini göstərən foto paylaşıb. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb.
"Heç kimin zərər görmədiyi üçün şükür etmək lazımdır. Silahların və sahibsiz güllələrin nəzarətsiz dövriyyəsinə son qoyulmalıdır", - o yazıb.
"Aljadeed"in məlumatına görə, siyasətçi "Middle East Airlines"a məxsus İordaniyadan Beyruta gedən təyyarədə olub. Aviadaşıyıcının rəhbəri Mohammed al-Hout bildirib ki, oxşar hadisələr Livan paytaxtının hava limanında əvvəllər də baş verib.
İrfan Vəliyev