Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa yeraltı qaz anbarlarını doldurmaqda davam edir

Avropa yeraltı qaz anbarlarını doldurmaqda davam edir

Tarix: 13 Noyabr 2022 15:26

Avropa yeraltı qaz anbarlarını minimum sürətlə doldurmağa davam edir, hazırda onlarda qazın səviyyəsi 95,5%-ə yaxındır.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatlara əsasən, gün ərzində artım 0,04 faiz bəndi təşkil edib.

Ümumilikdə, Avropadakı obyektlərində hazırda 103,6 milyard kubmetr qaz var ki, bunun da 23,8 milyard kubmetri Almaniyada, 17,9 milyard kubmetri İtaliyada, 12,9 milyardı Fransada və 8,8 milyard kubmetri Avstriyadadır. Bu ölkələr Avropa Birliyindəki səhmlərin 60%-dən çoxunu təşkil edir.

"La Repubblica" proqnozlaşdırır ki, qaz qiymətləri qarşıdakı üç il ərzində MVt/saat üçün 100 avrodan yuxarı qalacaq.

Milli.Az


Etiketlər:  Avropa yeraltı qaz anbarlarını doldurmaqda davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ