Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Tarix: 14 Noyabr 2022 08:42

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, başsağlığında deyilir: "İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Milli.Az


Etiketlər:  Zakir Həsənov Türkiyəyə başsağlığı verib


RƏYLƏR