Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 15:40
Əməkdar artist Kübra Əliyeva yaxın dostu və həmkarı mərhum Əməkdar artist Elçin Həmidovla bağlı xatirələrini bölüşüb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "O üz" verilişinə qonaq olarkən danışıb.
Aktrisa E.Həmidovun qızıllarını tualetdə sifonun içində gizlətdiyini bildirib:
"O hamıya deyirdi ki, mən qızıllarımı tualetdə sifonun içinə qoymuşam. Tez-tez halı pisləşirdi, özündən gedirdi. Teatrda bütün aktyorlar başına yığılırdı, müalicə etdirirdik".
Qeyd edək ki, "Məzi" obrazı ilə tamaşaçıların sevgisini qazanan aktyor 2011-ci ildə qəflətən dünyasını dəyişib.