Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2025 16:45
Teleaparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayev ilə son görüntülərini yayıb.
Sonxeber.net xəbər verir ki, o, 2 həftə əvvəl xanəndənin evində qonaq olduğunu bildirib.
"Sükut, böyük itki, boşluq... Mədəniyyətimiz böyük kədər yaşayır. Muğam ustadı bizi cismən tərk edib, qəlbimizə və yaddaşımıza əbədi köçdü. Təxminən iki həftə əvvəl onu evində ziyarət etdim. Ağrı-acısını gizlədərək masaya əyləşib çox sevdiyi Gültəkin xanımın Qarabag aşından yedik. Çünki heç kimi süfrədə oturtmadan əl çəkməzdi Babayevlər ailəsi və sagollaşıb getmək istəyərkən heç vaxt unutmayacağım təbəssümlə: "Sən sözünə düz xanımsan" deyərək məni alqışla, əl çala-çala yola saldı. Xanımına, qızı və nəvəsinə oniyə məni alqışla yola salır deyə gülümsədim. Axı alqışa layiq adam odur. Alqışa, xoş sözlərə, sevgiyə, hörmətə, diqqətə laiq adam. Bu gün biz onu alqışlarla yola salaq. Yeri cənnət adam. Allah rəhmət eləsin, ustad".