Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 18:32
Rusiyada, Yakutiyada polis polkovnik-leytenantı özəl mühafizə təşkilatının əməkdaşları ilə münaqişədən sonra qəlyanxanada ölüb.
Sonxeber.net bildirir ki, bu barədə öz mənbəsinə istinadən REN TV öz Telegram kanalında yazıb.
Polisin vəzifədə olmadığı dəqiqləşdirilib. Müəssisədə o, digər qonaqlarla mübahisə edib, lakin münaqişə həll olunub. Amma qəlyanxananın mühafizəçiləri həmin şəxsi müəssisədən buraxmayıb, üzünə qaz balonunu sıxıb yerə yıxıb və əlini qandallamaq üçün üzərinə yıxılıblar.
Nəticədə polis dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Mühafizə təşkilatının əməkdaşları saxlanılıb.
İrfan Vəliyev