Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 19:35
Müğənni Doğuşun anası Nurhəyat xanım "Günaydın, Azərbaycan" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı qayınanasına Doğuşu uşaq yaşda tərk etməsinin səbəbini soruşub. O bildirib ki, evi olmadığı üçün bu addımı atıb:
"Başıma çox hadisələr gəldi. Hansını danışım? Doğuşu məhkəmə məndən aldı. Övladımın biri məndə, digəri qarşı tərəfdə qaldı. Qalacaq yerim yox idi. Çalışmırdı, içirdi, elə insanla ailəli qalmaq olar?".