Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Su var, amma sakinlər istifadə edə bilmirlər - Balakəndə - VİDEO

Su var, amma sakinlər istifadə edə bilmirlər - Balakəndə - VİDEO

Tarix: 14 Noyabr 2022 19:44

Yaxınlıqda artezian quyusu var, amma sakinlərin evlərinə su gəlmir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Balakən rayonu, Hənifə kəndindən gedir.

Kəndin bir qrup sakini iddia edirlər ki, artezian quyusunun yaxınlığında yerləşən evlərə su gəlir, bir qədər aralıda yaşayanlar isə bundan məhrumdurlar. Məlumata görə, su təminatındakı çətinlik bir neçə aydır ki, davam edir.

Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara müraciət edilsə də, nəticəsi yoxdur.

Məsələ ilə bağlı Hənifə kənd Bələdiyyəsindən şifahi olaraq bildirilib ki, son aylar sakinlərin su problemi ilə bağlı müraciətləri əsasında ''Azərsu" ASC-nin mütəxəssisləri tərəfindən evlərdə yoxlamalar aparılıb. Müxtəlif hissələrdə su xəttinə baxış keçirilib. Kənar müdaxilələrin olduğu müəyyən edilib. Su xəttinin bəzi hissələri asfalt örtüyünün altına düşdüyü üçün problemin səbəbini tam müəyyən etmək mümkün olmayıb. Sabah əraziyə yenidən mütəxəssislər cəlb olunacaq və xətlərə yenidən baxış keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Su var amma sakinlər istifadə edə bilmirlər Balakəndə VİDEO


RƏYLƏR