Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus Ukrayna ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdi

Belarus Ukrayna ilə sərhəddə təhlükəsizlik  tədbirlərini gücləndirdi

Tarix: 15 Noyabr 2022 09:00

Belarus Ukrayna ilə sərhədə yaxın 14 rayonunda təhlükəsizlik tədbirlərini gücləndirilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov bildirib.

"Prezidentə Ukrayna ilə sərhəddə yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verildi. Biz Brest və Qomel vilayətlərinin 14 rayonunun ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmişik", - Kubrakov bildirib.

Onun sözlərinə görə, bu rayonlarda əlavə xüsusi təyinatlılar, xüsusi təyinatlı polis bölmələri işləyir. Bununla da vətəndaşların təhlükəsizliyi təmin edilir.


Etiketlər:  Belarus Ukrayna ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdi


RƏYLƏR