Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiv Cobsun köhnə ayaqqabıları hərracda inanılmaz qiymətə satıldı - FOTO

Stiv Cobsun köhnə ayaqqabıları hərracda inanılmaz qiymətə satıldı - FOTO

Tarix: 15 Noyabr 2022 18:14

Stiv Cobsun köhnə ayaqqabıları hərracda ekspertlərin gözlədiyindən üç dəfə baha satılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Apple"ın mərhum qurucusunun geyindiyi alman firması "Birkenstock" sandalları ötən həftə hərraca çıxarılıb. Mütəxəssislər altı il əvvəl 3400 dollar dəyərində qiymətləndirilən ayaqqabıların indi 60-80 min dollar arasında satılacağını gəzləyirdilər.

Ancaq sonda onlar üçün 218 750 dollar ödənilib. Xatirə əşyasının sahibinin kim olduğu məlum deyil.

Bildirilir ki, Stiv Cobsa 1976-cı ildə Stiv Voznyak ilə bir qarajda bu sandalları geyinərək "Apple" şirkətinin təməlini qoyub.


Etiketlər:  Stiv Cobsun köhnə ayaqqabıları hərracda inanılmaz qiymətə satıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ