Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 14:56
Sumqayıtda azyaşlı bacılar vəfat edib.
Sonxeber.net xəbər verir ki, ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.
Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır.
İlkin ehtimallara görə, ölümə səbəb azyaşlıların zəhərlənməsi olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.