Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevil-Sevinc bacıları türk şirkəti ilə şərik oldular - VİDEO

Sevil-Sevinc bacıları türk şirkəti ilə şərik oldular - VİDEO

Tarix: 16 Noyabr 2022 17:30

Müğənnilər Sevil-Sevinc Səfərova bacıları yeni biznes qurublar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçilər qonaq olduqları "Səhər mərkəzi" verilişində məlumat veriblər. 

Əkizlər bildiriblər ki, Azərbaycana türkiyəli məşhurları gətirən prodüser şirkətinə şərik olublar. 

"Türk prodüser şirkəti Azərbaycanda konsertlər edirlər. Hadisənin, Gülşenin, Ebru Yaşarın və Linetin Bakı konsertlərini təşkil etmişdilər. Onlar böyük konsert məkanları və restoranlarla da çalışırlar. Biz ilk əvvəl onlarla müğənni-şirkət kimi əməkdaşlığa başlamışdıq. Hazırda isə həmin şirkətə şərikik. Biz artıq bərabər konsertlər edəcəyik. İlk olaraq isə müğənni Öykü Gürmanı Bakıya gətirəcəyik. Onun konsertini təşkil edəcəyik", - deyə Səfərova bacıları bildirib.

Milli.Az


Etiketlər:  Sevil Sevinc bacıları türk şirkəti ilə şərik oldular VİDEO


RƏYLƏR