Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskalı hərbçilər ''Al Hadath'' televiziya kanalın Bağdaddakı bürosuna hücum ediblər

Maskalı hərbçilər ''Al Hadath'' televiziya kanalın Bağdaddakı bürosuna hücum ediblər

Tarix: 6 Oktyabr 2019 01:24

Bakı, Trend:

Naməlum maskalı silahlılar şənbə axşamı Bağdaddakı "Al Hadath" televiziya kanalına hücum ediblər.

Trend-in məlumatına görə, bu məlumatı İraqın paytaxtında olan televiziya kanalının müxbiri Məcid Həmid canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, silahlı hücum nəticəsində işçilər arasında zərərçəkənlər var. "Həmkarlarımdan biri başına dəyən zərbə nəticəsində ağır yaralanın" deyə o bildirib. O qeyd edib ki, İraqın Baş nazirinin ofisi hücumla bağlı araşdırma aparıldığını təsdiqləyib.

"Al Hadath" televiziya kanalı Bağdad və İraqın digər şəhərlərində oktyabrın birindən başlayan hökumət əleyhinə iğtişaşların təfərrüatlarını gündəlik şəkildə işıqlandırırdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Maskalı hərbçilər Hadath televiziya kanalın Bağdaddakı bürosuna hücum ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ