Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil aldı, 8 il sonra maşının həbsdə olduğu aşkarlandı - VİDEO

Avtomobil aldı, 8 il sonra maşının həbsdə olduğu aşkarlandı - VİDEO

Tarix: 17 Noyabr 2022 16:58

Gəncə sakini Elnur Xudayev 8 il əvvəl aldığı avtomobilin üzərinə həbs qoyulduğu məlum olub.

Sonxeber.net Xezerxeber.az-a istinadən bildirir ki, Elnur Xudayev 2014-cü ildə ''VAZ - 2107'' markalı avtomobil alıb.

Daha sonra nəqliyyat vasitəsini Baş Dövlət Yol Polisi İdarəsinin Gəncədəki Regional Qeydiyyat və İmtahan Şöbəsində öz adına rəsmiləşdirib. Prosedurun icrası zamanı heç bir problemlə qarşılaşmayıb. 2021-ci ildə həmin maşını etibarnamə ilə başqa şəxsə satıb. Etibarnamənin qüvvədə olan müddəti bir müddət əvvəl bitib. Avtomobilin yeni sahibi qeydiyyat zamanı qəribə vəziyyətlə üzləşib. Məlum olub ki, avtomobiln əvvəlki sahbinin borcu olduğu üçün maşının üzərinə həbs qoyulub.

Elnur Xudayev iddia edir ki, dəfələrlə Gəncədəki Regional Qeydiyyat və İmtahan Şöbəsində olub. Ona məsələnin tezliklə həll ediləcəyi deyilsə də, nəticə yoxdur.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, adəçəkilən şöbə problemi ən qısa müddətdə həll etmək üçün tədbir görür.

Qeyd edək ki, 2011-ci ildə nəqliyyat vasitəsinin addan-ada keçirilməsi zamanı səhvə yol vermiş polis əməkdaşının xidmətdən kənarlaşdırılması haqqında məlumatı  Dİin məbuat xidməti də təsdiqləyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Avtomobil aldı sonra maşının həbsdə olduğu aşkarlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ