Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narkotik satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Narkotik satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Tarix: 18 Noyabr 2022 09:14

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman 3 ədəd qablaşdırmada təmiz çəkisi 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Narkotik satışı ilə məşğul olan nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ