Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aşkar olunan şərti hədəflər belə məhv edildi - VİDEO

Aşkar olunan şərti hədəflər belə məhv edildi - VİDEO

Tarix: 18 Noyabr 2022 14:40

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.

Milli.Az


Etiketlər:  Aşkar olunan şərti hədəflər belə məhv edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ