Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəlkə elə bir eşqə rast gəldim ki...”

“Bəlkə elə bir eşqə rast gəldim ki...”

Tarix: 19 Noyabr 2022 13:40

Uzun müddət boşanma xəbərləri ilə gündəmdən düşməyən aparıcı Şəhriyar Əbilov müsahibə verib.

Mili.Az olay-a istinadən xəbər verir ki,  o, "MTV Magazin"ə danışıb. Şəhriyar keçmiş xanımı, aktrisa Oksana Rəsulova ilə bağlı sualları cavablandırmayacağını bildirib:

"Sürprizlərlə doluyam, müsbət enerjiliyəm. Mən müsahibə vermək istəmirdim. Bundan sonra da istədiyiniz mövzularda danışmayacam. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır. Hər şey ola bilər. Bir də gördüz elə bir eşqə rast gəldim ki, o, mənim həyatımı 180 dərəcə yox, tamamilə dəyişdi. Hər kəs həyatda öz yarını axtarır, hamıya nəsib olsun o yarı tapmaq ki, sizi güclü lider etsin.  Hazırda hər şeyə Allahın bir sınağı kimi baxmaq lazımdır. Nə olursa, Tanrı sizi sevdiyindən verir. Övladımız hər ikimizin də yanındadır. Düşmənliyimiz yoxdur, hər şey yaxşıdır. Hər bir kəsin, həyatımda olan insanların, xoşbəxtliyini istəyirəm. Hər kəs öz arzusuna doğru gedir, o arzu onları yaxşı tərəfə yönəltsin, pisə yox".

Qeyd edək ki, Şəhriyarla Oksananın Osman adlı bir oğlu var.

Milli.Az


Etiketlər:  Bəlkə elə bir eşqə rast gəldim ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ