Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 19:10
İngiltərə millisinin və "Tottenhem"in futbolçusu Erik Dayer komandasının DÇ-2022-nin startı ərəfəsindəki durumunu dəyərləndirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, müdafiəçi çempionluğa namizədlərdən olan yığması barədə yüksək fikirdədir.
O, belə komanda ilə qızıl medal qazanmağın mümkün olduğunu düşünür: "Komandada fantastik atmosfer var. Biz hamımız inanılmaz dərəcədə xoşbəxtik. Lazım olan hər şeyimiz var. Bunun üçün sevincliyik. Bu, bütün karyeram ərzində gördüyüm ən yaxşı komandadır. Bu səviyyədə yarışda uğurlu çıxış üçün lazım olan atmosfer və yoldaşlıq bizdədir".
Qeyd edək ki, İngiltərə yığması son dünya çempionatında yarımfinala, Avropa çempionatında finala qədər irəliləyib.