Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Krivotsyuk Azərbaycan dilini öyrənir

Krivotsyuk Azərbaycan dilini öyrənir

Tarix: 6 Oktyabr 2019 16:40

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində 2:1 hesabıyla məğlub etdikləri “Səbail”lə matçı dəyərləndirib. 

Oyunun asan keçmədiyini bildirən ikinci qolun müəllifi Azərbaycan dilini öyrənməsindən də danışıb:
 
“Biz tam olaraq oyuna köklənmişdik. Bununla belə, asan qələbə olmadı. Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb. Ümid edirəm ki, çempionatdakı fasilə oyunumuza mənfi təsir etməyəcək.
 
Artıq il yarımdı Azərbaycan dilini öyrənirəm. Dərslərə kifayət qədər vaxt ayırmağa çalışıram. Ümid edirəm, bu yaxınlarda müsahibələrəmi Azərbaycan dilində verə biləcəm” (matc.az).

 


Etiketlər:  Krivotsyuk Azərbaycan dilini öyrənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ