Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 21:21
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi "ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi" mövzusunda müzakirələr zamanı bildirib ki, artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtıdır.
O, bildirib ki, Minsk qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir:
"Azərbaycan bəyan edib ki, Minsk qrupu ilə işləməyəcək. Hesab edirəm ki, bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır".