Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 21:24
İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.
Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.