Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 07:54
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişasının tonusunun və peristaltikasının dəyişiklikləri səbəb olur. Mədə əzələsinin parezi, qida kütlələrinin hərəkətinə qarşı maneçilik törədən amillər mədə tonusunun zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb ola bilir. Bu maneələrə şiş, çapıq toxuması və s. misal göstərmək olar. Bundan əlavə psixi amillər, mənfi emosiyalar, depressiya da mədədə atoniyaya səbəb ola bilir. Bu da həzm prosesinin və motor funksiyasının ağır dərəcədə pozulmasına səbəb olur.
Mədənin motor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:
* qastrit
* hiperkinez
* peristaltikanın artması
* pilorospazm.
Mədənin hərəki funksiyası baş verdikdə gəyirmə, hıçqırma, qıcqırma, ürək bulanması və qusma müşahidə edilə bilir.
Qusma çox vaxt mədədə sinir reseptorlarının kimyəvi və mexaniki qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmalar keyfiyyətsiz qida maddələri, toksinlər, mədənin həddindən artıq dolması, diafraqmanın gərginləşməsi səbəbindən ola bilir.
Bu zaman qusma mühafizə xarakteri daşıyır, yəni mədə lazımsız maddələri qusaraq orqanizmdən xaric edir.