Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 19:50
Azərbaycan millisi noyabrın 20-si ilə bağlı tilsimi qırıb.
Komandamız tarixində ilk dəfə bu gündə baş tutan oyunda qalib gəlib.
Bu, Şimali Makedoniya ilə Skopyedə keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən əsas milli 20 noyabr tarixində meydana çıxdığı 3-cü qarşılaşmasında ilk dəfə qalibiyyətini əldə edib.
Azərbaycan millisi bundan əvvəl noyabrın 20-dəki hər iki oyununda meydanı məğlub tərk edib. Yığma 2002-ci ildə AVRO-2004-ün seçmə mərhələsində Bakıda Uelsə (0:2), 2018-ci ildə isə Millətlər Liqasında Priştinada Kosovoya (0:4) yenilib.