Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Tarix: 2 May 2019 16:04

Bakı. İlhamə İsabalayeva -Trend:

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev layihənin hesabatına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.

Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “Məktəblinin dostları” fəaliyyət göstərir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

“Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məktəblinin dostu layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ