Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 19:10
"Toylarda, xınayaxdılarda olanda qaynana ilə gəlinə deyirəm ki, aranızda olan söhbətləri bəyə deməyin. Oğul da nə anasının, nə də ki, həyat yoldaşının sözünü bir-birinə deməməlidir. Onların arasına girməməlidir. Oğlum da bu mövqedə olacaq. Gəlinimlə mən "oxatan" bürcündənik. Bir-birimizi başa düşəcəyik. Gəlinim adı isə Aylindir".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Sözbaz" maqazin verilişinə müsahibəsində deyib.
Bir neçə gündən sonra oğlu Adilə toy edəcək sənətçi bildirib ki, gəlini Aylin onun pərəştişkarı olmalıdır:
"Necə ki, sevilirəm, əzizlənirəm... İnsan da öz doğmalarından eyni hissləri duymaq, görmək istəyir. İstəyirəm ki, gəlinim məni əzizləsin. Desin ki, necə gözəl qaynanam var. Gəlinim, tamaşaçım, pərəştişkarım olmalıdır və məni alqışlamalıdır. Mənə canı yanmalıdır. Canı yandığı, alqışladığı qədər həmişə onun yanındayam".
Müxbirin "Oğlunuzun toyu mediaya qapalı yoxsa açıq olacaq?" sualına isə Xatun "Açıq olacaq" deyərək fikirlərini bu cür davam edib:
"Bu toy hamının marağındadır. Çünki heç zaman Adili efirdə göstərməmişəm. Oğlum deyir ki, toyumu gəlib çəkməsinlər. Cavab verirəm ki, buna gücüm yoxdur. Əgər sosial şəbəkələr olmasaydı, qonaqlara deyə bilərdim ki, çəkməyin. Amma o boyda ordunun qarşısında dayana bilmərəm. Kiminsə telefonunu əlindən ala bilərəm? Telefonumu kimsə əlimdən alsa, aləmi dağıdaram (gülür)".