Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 07:26
"Qətər-2022 mənim oynadığım son dünya çempionatı olacaq".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bunu argentinalı futbolçu Lionel Messi mətbuat konfransında deyib. Ulduz oyunçu fiziki cəhətdən özümü yaxşı hiss etdiyini və bu dünya çempionatı digərlərindən fərqləndiyini bildirib.
Messinin sözlərinə görə, dünya çempionatında arzusunu həyata keçirmək üçün onun sonuncu şansıdır:
"Buna nail olmağa çalışacam. Hazır ki, komanda mənə 2014-cü ildəki heyəti xatırladır. Meydanda nə etməli olduğumuzu çox yaxşı bilirdik".
Qeyd edək ki, Messi noyabrın 22-də Argentina millisinin heyətində dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.