Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 09:02
Mali hökuməti Fransadan maliyyələşən bütün QHT-lərin ölkə daxilində fəaliyyətini qadağan edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu qayda istisnasız olaraq Fransanın maliyyələşdirdiyi və ya dəstək verdiyi bütün QHT-lərə şamil edilir.
Qərarı baş nazir, polkovnik Abdulaye Maiqa elan edib. Hökumət başçısı qeyd edib ki, bu, rəsmi Parisin Malinin inkişafı ilə bağlı yardımı dayandırmasına cavabdır.