Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ düşərgəsindən sensasiyalı iddia - ərəblər imtina edir

PSJ düşərgəsindən sensasiyalı iddia - ərəblər imtina edir

Tarix: 2 May 2019 16:08

PSJ-nin maliyyə durumu yaxın bir neçə il ərzində xeyli pisləşə bilər.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubunun qətərli səhmdarları 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra klubun büdcəsini azaltmaq haqda düşünür. Hətta  onların klubdan gedə biləcəyi də iddia olunur.

Xəbərdə bildirilir ki, iş adamlarını bu addımı atmağa vadar edən onlara qarşı yönələn tənqidlərdir. Məhz bu amil səhmdarlarının narazılığına səbəb olub. Qətərlilərin fikrincə, Fransada ölkələri tez-tez tənqid olunur və yerli futbol hakimiyyəti onlara lazımı dəyəri vermir. Bundan başqa, klub sahibləri komandanın nəticələrindən və yüksək vergilərdən də məmnun deyil.

Onlar 2011-ci ildə klubu aldıqdan sonra Fransa hakimiyyətinə 1 milyard avrodan çox vergi ödəyiblər.

 


Etiketlər:  düşərgəsindən sensasiyalı iddia ərəblər imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ