Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: İran millisi üçün ŞOK

DÇ-2022: İran millisi üçün ŞOK

Tarix: 22 Noyabr 2022 13:16

Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə görüşdə zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.

Milli.Az matç.az-a istinadən bildirir ki, 30 yaşlı qolkiper mundialdakı digər matçları buraxacaq.

Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Meydanı xərəkdə tərk edən oyunçu 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
 
B qrupu çərçivəsində baş tutan bu qarşılaşmada İran yığması İngiltərəyə 2:6 hesabıyla uduzub.

Milli.Az


Etiketlər:  2022 İran millisi üçün ŞOK


RƏYLƏR