Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 17:22
İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2022 haqqında danışıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, PSJ-nin üzvü DÇ-2022 barədə bunları deyib:
"Dünya çempionatını kənardan izləmək çox çətindir. Buna hələ də kədərlənirik. İndi ağlamağın mənası yoxdur".
Daha sonra qapıçı, İtaliya millisinin hazırki durumunu şərh edib:
"Neqativ enerjini müsbətə çevirməliyik. Əminəm ki, biz bunu edəcəyik. Çünki gənc oyunçulardan ibarət böyük komandamız, bu vəziyyətdən çıxmağı bacaracaq məşqçimiz var".
İtaliya millisi pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olaraq (0:1), DÇ-2022-dən kənarda qalıb.