Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məyus oldum, bəhanə yoxdur" - Messi

“Məyus oldum, bəhanə yoxdur

Tarix: 22 Noyabr 2022 19:00

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu deyib: "Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha çox birləşəcəyik. Bu komanda güclüdür və bunu göstərəcəyik. Bu, çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğumuzu nümayiş etdirməlidir.

Səhvlərimizi düzəltməli və məqsədə çatmağa çalışmalıyıq. Mən yaxşıyam, amma nəticədən məyus oldum".

Milli.Az


Etiketlər:  Məyus oldum bəhanə yoxdur Messi


RƏYLƏR