Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həzrəti Yusif” serialının Züleyxası həbs olundu

“Həzrəti Yusif” serialının Züleyxası həbs olundu

Tarix: 22 Noyabr 2022 19:34

İranın məşhur aktyorları Henqame Qaziani və Katayun Riahi etiraz hərəkatı ilə həmrəylik ifadə etdikdən və ictimai yerlərdə hicablarını açdıqdan sonra həbs ediliblər.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə ölkənin İRNA xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, Riahi sentyabr ayında hicabsız Londonda yerləşən İran Televiziyasına müsahibə verdikdən sonra həbs olunub. 

Qaziani isə etirazçılara qarşı repressiyaların kəskin tənqidçisi olub və iğtişaşları qızışdırdığına, müxalifət mediası ilə əlaqə saxladığına görə həbs edilib.

Qeyd edək ki, Katayun Riahi Azərbaycanda kifayət qədər populyar olan "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb.


Etiketlər:  Həzrəti Yusif serialının Züleyxası həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ