Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 08:56
Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Yasir əl-Şəhraninin çənəsi və bir neçə üz sümükləri sınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Gulf Today" qəzeti məlumat yayıb.
O, ötən gün dünya çempionatı çərçivəsində oynanılan Argentina komanadası ilə matçda zədələnib.
Yasir əl-Şəhrani komanda yoldaşı, qapıçı Məhəmməd əl-Ovays ilə toqquşub.
Meydançada huşunu itirən futbolçu Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə müalicə olunması üçün şəxsi təyyarə ilə Almaniyaya aparılıb.
Oyun Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.