Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 13:22
Binə qəsəbəsi kanal yolu kimi tanınan ərazidə 20 ailə susuz qalıb. Sakinlər içməli suya olan təlabatlarını maşınlara pul verib almaqla ödəyirlər. Amma bu da onları tam təmin etmir.
Sonxeber.net xəbər verir ki, "ATV Səhər"in efirində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.
Sakinlərin sözlərinə görə, qonşu məhəllədəki su xətləri ilə onların arasında təxminən 300-400 m. məsafə var.
Məsələ ilə bağlı Azərsu ASC-nın mətbuat katibi Anar Cəbrayıllı Binə qəsəbəsinin 30 %-inin mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunduğunu bildirib:
"Azərsunun hazırladığı baş plana əsasən, gələcəkdə hər bir yaşayış massivi ki, Binə qəsəbəsinin də mərkəzləşmiş su ilə təmin olması nəzərdə tutulur".