Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 17:40
"Qarabağ" UEFA-dan növbəti vəsait alıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu 504 min avro maliyyə vəsaiti əldə edib.
Bu, Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq UEFA tərəfindən verilib. Vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində 3-cü yeri tutaraq Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.