Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 11:22
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya müdafiə nazirinin NATO Baş katibi vəzifəsinə namizədliyinə veto qoymağa çalışır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ekspress.co.ok" məlumat yayıb.
Bildirilib ki, Fransa Böyük Britaniya və ya Türkiyədən olan istənilən namizədə qarşıdır.
Qeyd edək ki, Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. Uolles (Britaniya müdafiə naziri) bu vəzifəyə əsas iddiaçı sayılır. İddiaçılar sırasında Niderland Baş naziri Mark Rütte və Kanada Baş nazirinin müavini Xristya Frilandın adı çəkilir.
Xatırladaq ki, britaniyalı deputatlar Makronun bu cür istəklərinə görə onu "anqlofobiya"da ittiham edir.