Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 17:58
Moskvanın Meşşanski Məhkəməsi "Summa" qrupunun sahibləri Ziyavudin və Maqomed Maqomedov qardaşlarını 11 milyard rubldan (183 milyon dollar) çox pul mənimsəməkdə təqsirli bilib.
Sonxeber.net bildirir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyi xəbər verib.
Məhkəmənin müəyyən etdiyi kimi, 2010-cu ildə qardaşlar 15-dən çox adamın daxil olduğu cinayətkar qrup yaradıblar. Onlar müvəkkilləri Eldar Naqaplov və David Kaplanı rəhbərliyə cəlb ediblər. Onlara bağlı olan hüquqi şəxslər 2011-2016-cı illər ərzində dövlət müqavilələri və nəzarət etdikləri şirkətlərlə bağlanmış müqavilələr üzrə 11 milyard rubldan çox pul oğurlayıblar.
2018-ci ildə qardaşlar limanı "Transneft"ə satıblar və 750 milyon dollar məbləğində vəsaiti bank hesabına yerləşdiriblər. Maqomedovlar 2018-ci il martın 30-da həbs edilib.
2022-ci il mayın 28-də Moskvanın Xamovniçeski Məhkəməsi Baş Prokurorluğun "Summa" qrupunun ortaq sahibləri Ziyavudin və Maqomed Maqomedov qardaşlarından 750 milyon dollar tələb edilməsi ilə bağlı iddiasını tam təmin edib.
İrfan Vəliyev