Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təcavüzkar cinayətdən 34 il sonra həbs olundu

Təcavüzkar cinayətdən 34 il sonra həbs olundu

Tarix: 25 Noyabr 2022 19:34

ABŞ-da polis 1988-ci ildə qrup şəklində zorlamada iştirak edən şəxsi həbs edib.

Milli.Az bildirir ki, bu barədə WDVM-TV məlumat yayıb.

Merilend ştatının Baltimor şəhərindən olan 61 yaşlı Corc Tomas, çərşənbə axşamı, noyabrın 22-də nəzarətə götürülüb. Kişi 24 avqust 1988-ci ildə törətdiyi cinayətdə ittiham olunub. O vaxt o, qardaşı Qreqori ilə birlikdə küçədə 22 yaşlı qadını qaçırıb. Hücum edənlər qurbanı zorla maşınına mindirib, şəhərdən kənara çıxarıb və zorlayıblar.

Daha sonra cinayətkarlar qadınla birlikdə başqa yerə gedərək onu yenidən zorlayıblar. Bundan sonra amerikalı qaçaraq maşınına minib gizlənməyi bacarıb. Təcavüzkarlardan birinin barmaq izləri zərərçəkənin avtomobilində tapılıb, lakin onlar polis bazasında olmayıblar. 34 ildir, qardaşların izinə düşmək mümkün olmayıb.

2022-ci ildə ekspertlərdən biri qadının avtomobilindəki barmaq izlərini zorlandıqdan sonra həbs olunan insanların izləri ilə müqayisə etmək qərarına gəlib. Məlum olub ki, avtomobildəki iz 2009-cu ildə dünyasını dəyişən Qreqori Tomasa məxsusdur. Əməliyyatçılar mərhumun tibbi sənədlərini tələb edib və onun DNT-sini qurbanın avtomobilindən tapılan bioloji materialla müqayisə ediblər. Məlum olub ki, hadisəni törədənlərdən biri də odur. Bundan sonra onun qardaşı Corc Tomasın həbsinə order verilib.

Yaşlı təcavüzkar zorlama və adam oğurluğunda ittiham olunub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təcavüzkar cinayətdən 34 il sonra həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ