Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 08:10
Elektrik enerjisinin qiymətinin qalxması, pis hava şəraiti və epidemiyalar qarşıdan gələn qışda Avropada ölüm hallarının artmasına təsir göstərəcək.
Bu barədə "The Economist" yazıb.
Nəşrin materialına görə, dekabr-fevral aylarında Avropa ölkələrində həftəlik ölüm yay ayları ilə müqayisədə 21 faiz artacaq. İndi bu rəqəmə enerji qiymətlərinin yüksəlməsi əhəmiyyətli dərəcədə təsir edəcəyinə görə, qışın isti keçəcəyi təqdirdə ölüm nisbəti 32 min nəfər keçə bilər. Lakin daha soyuq qış 335.000 əlavə ölümlə nəticələnə bilər.
Jurnalistlərin fikrincə, temperatur rejimi və mövsümi qrip ölüm hallarına ən güclü təsir göstərəcək. Nəşrin müəllifləri hesab edir ki, elektrik enerjisinin qiymətinin 10% artması ölüm hallarını 0,6% artırıb: "Hava nə qədər soyuq olsa, ölüm hallarını artması bir o qədər güclü olacaq".