Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ məşhur Çin şirkətlərinə qadağa qoyub

ABŞ məşhur Çin şirkətlərinə qadağa qoyub

Tarix: 26 Noyabr 2022 08:44

ABŞ-ın Federal Rabitə Komissiyası Çindən Huawei, ZTE, Hytera və bir sıra digər şirkətlərin istehsalı olan telekommunikasiya avadanlığının ölkəyə gətirilməsini və satışını qadağan edib.

Qadağa tətəbiq edilən avadanlıq və xidmətlərin siyahısına hazırda "Huawei Technologies", "ZTE Corporation", "Hytera Communications", "Hangzhou Hikvision Digital Technology", "Dahua Technology" və onların törəmə və filialları tərəfindən istehsal olunan rabitə məhsulları daxildir.

Qeyd olunub ki, bu avadanlıqlar ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaradır.


Etiketlər:  ABŞ məşhur Çin şirkətlərinə qadağa qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ