Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 22:14
Küveyt Səhiyyə Nazirliyi ölkədə ilk dəfə görülən vəba xəstəliyi ilə bağlı yazılı açıqlama verib.
Xəstəlik qonşu ölkələrdən birindən vəbaya yoluxaraq qayıdan Küveyt vətəndaşında aşkarlanıb.
Vəba xəstəsi olan şəxsin getdiyi ölkənin adı açıqlanmır. Yoluxmuş şəxsin xəstəxanada karantinə alındığı və müalicəsinə başladığı bildirilir.
Bəyanatda həmçinin vəba epidemiyasının olduğu ölkələrə səfər edəcək şəxslərə xəbərdarlıq edilib və qayıtdıqdan sonra yeddi gün ərzində yüksək hərarət və ishal kimi şübhəli simptomları olanlar ən yaxın sağlamlıq mərkəzinə müraciət etməyə çağırılıblar.
Qeyd edək ki, Küveyt vəba epidemiyası ilə üzləşən İraq, Livan və Suriyadan ölkəyə daxil olan sərnişinlərin özləri ilə qida gətirmələrini qadağan edib.