Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 19:40
"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən "İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı"nda çıxışında deyib.
"Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz", - Ərdoğan bildirib.
Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var:
"Bu hüquqdan istifadə etməyimizə heç kim mane ola bilməz".