Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokayev Rusiyadadır

Tokayev Rusiyadadır

Tarix: 27 Noyabr 2022 21:52

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan liderinin andiçmə mərasimi olub.

Milli.Az


Etiketlər:  Tokayev Rusiyadadır


RƏYLƏR